Dünya Ana Məktəbi

XƏZƏR UNİVERSİTETİ DÜNYA TƏHSİL KOMPLEKSİNDƏ BAĞÇA VƏ MƏKTƏBƏ QƏDƏR HAZIRLIQ

Dünya Ana Məktəbində viruslara qarşı dərmanlama işləri

30.01.2020

Valideynlərin nəzərinə! İnfeksiyon xəstəliklərin qarşısını almaq məqsədilə Dünya Ana Məktəbində lazım olan dezinfeksiya işləri aparılmışdır. Bu işlər mütəxəssislər tərəfindən həyata keçirilib. Lakin bununla yanaşı məktəbin hər yerində,ələxsus, sinif otaqlarında, mətbəxdə və tualetlərdə gündəlik təmizlik, yəni dizinfeksiya işləri görülür. Bu, məktəbin həkiminin nəzarətilə texniki işçilər tərəfindən aparılır. Müəllimlər isə uşaqlara gigiyena qaydalarını aşılayır və həyata keçirmələrini nəzarətdə saxlayır. Çünki hər bir sağlam uşaq bizim sağlam gələcəyimizdir!