Dünya Ana Məktəbi

XƏZƏR UNİVERSİTETİ DÜNYA TƏHSİL KOMPLEKSİNDƏ BAĞÇA VƏ MƏKTƏBƏ QƏDƏR HAZIRLIQ

Məktəbimizin Himni

Dünyam

Balaca məktəblilərə

Sözlər:Hamlet İsaxanlı

Musiqi:Nailə İsaxanlı

Üfüqdə qızartı var,

Gecə yandı-yaxıldı,

Qızılı sarı oxlar

Pəncərəmə taxıldı.

Günəş göydə göründü,

Dünyam nura büründü.

Xəyal gerçəyə döndü,

Gərçək sanki nağıldı!

Təbiətə aşiq ol

Oxu,yaz,yarat bol-bol,

Gələcəyə gedən yol

Düşəncədi,ağıldı!