Dünya Ana Məktəbi

XƏZƏR UNİVERSİTETİ DÜNYA TƏHSİL KOMPLEKSİNDƏ BAĞÇA VƏ MƏKTƏBƏ QƏDƏR HAZIRLIQ

Həkim nəzarəti

Dünya Ana Məktəbində uşaqların sağlamlığı həkim nəzarəti altındadır. Səhhətində problem olan uşaqlara ilkin tibbi yardım göstərilir, valideynlərlə əlaqə saxlanılır, lazımi həkim məsləhətləri verilir.

 Uşaqların gigiyenik qaydalara əməl etmələri, təmizliyə riayət etmələri hər zaman həkimin diqqət mərkəzindədir.

Uşaqlara müntəzəm olaraq sağlamlığı qorumaq, ziyanlı vərdişlərə meyl etməmək, yoluxucu xəstəliklər və yoluxucu xəstəliklərdən qorunma yolları haqqında məlumat verilir.