Dünya Ana Məktəbi

XƏZƏR UNİVERSİTETİ DÜNYA TƏHSİL KOMPLEKSİNDƏ BAĞÇA VƏ MƏKTƏBƏ QƏDƏR HAZIRLIQ

Dünya Məktəbinin yaranması

  • DÜNYA Məktəbi Azərbaycanda ilk özəl universitet olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı tərəfindən 1998 – ci ildə XƏZƏR Universiteti nəzdində təsis edildi. Məktəb sonrakı inkişaf mərhələsində iki təsisçi – Hamlet İsaxanlı və Nailəxanım İsayeva tərəfindən yenidən quruldu.


  • DÜNYA Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013 – cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.


  • Məktəbdə tədris 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. Məktəbin əməkdaşları və müəllimləri müxtəlif ölkələrdə təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni tətbiq edən mütəxəssislərdir.
  • Məktəbin məzunları dünyanın tanınmış ali təhsil ocaqlarında təhsil alırlar.